AZ

Konte “Qarabağ”ı və Koxalskini təriflədi – ARENA.AZ

İtaliya çempionu “Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İtaliya çempionları bu gün ÇL-in Liqa mərhələsinin beşinci turu çərçivəsində Neapolda üz-üzə gəliblər.

Meydan sahibləri bu oyunda 2:0 hesablı qələbəyə seviniblər. Antonio Konte oyundan sonra təşkil edilmiş mətbuat konfransında qarşılaşmanı belə dəyərləndirib:

“Bu axşam Neapol üçün xüsusi gün idi. Çox enerjili idik və qələbə qazanmaq istəyirdik. Ölkə çempionatında “Atalanta”ya və bu gün “Qarabağ”a qarşı matçlarda çox yaxşı çıxış etdik.

UEFA Çempionlar Liqasında asan rəqib olmur. Qarşılaşmanın gedişində qol vuracağımıza inanırdım. “Qarabağ”ın qapıçısı möhtəşəm qurtarışlar etdi. Qarşımızda çox məsuliyyətli komanda var idi. Çətin rəqibə qarşı oynadıq. Azərbaycan klubu bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib”.

Seçilən
3
20
arena.az

10Mənbələr