Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ” səfərdə İtaliya çempionatının sonuncu qalibi “Napoli” ilə qarşılaşıb. Ağdam klubunun məğlub olduğu gündə digər rəqiblərindən “Ayaks” evdə “Benfika”ya uduzub. Türkiyə çempionu “Qalatasaray” da doğma meydanda “Yunion”la bacarmayıb. “Mançester Siti” evdə “Bayer”ə 2 cavabsız qolla uduzubsa, “Barselona” səfərdə “Çelsi”yə böyük hesabla məğlub olub.
ÇL-in Liqa mərhələsinin 5-ci turunun qalan oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr
Ayaks (Niderland) – Benfika (Portuqaliya) 0:2
Qollar: Dahl, 6. Barreyro, 90.
Qalatasaray (Türkiyə) – Yunion (Belçika) 0:1
Qol: D.Promes, 57.
Mançester Siti (İngiltərə) – Bayer (Almaniya) 0:2
Qollar: Qrimaldo, 23; Şik, 54.
Çelsi (İngiltərə) – Barselona (İspaniya) 3:0
Qollar: Kunde, 27-öz qapısına. Estevan, 55. Delap, 73.
Borussiya (Dortmund, Almaniya) – Vilyarreal (İspaniya) 4:0
Qollar: Girassi, 45+2; 54. Adeyemi, 59. Svensson, 90+5.
Napoli (İtaliya) – Qarabağ (Azərbaycan) 2:0
Qollar: Maktominey, 65. Yankoviç, 72-öz qapısına.
Slaviya (Çexiya) – Atletik (İspaniya) 0:0
Bodo Qlimt (Norveç) – Yuventus (İtaliya) 2:3
Qollar: Blomberq, 27. Fet, 87-pen – Openda, 48. Makkenni, 59. David, 90+1.
Olimpik (Marsel, Fransa) – Nyukasl (İngiltərə) 2:1
Qollar: Obameyanq, 46; 50 – Barnes, 6.
