AZ

Ağ Ev yaxınlığındakı atışmada ağır yaralanan iki milli qvardiyaçının vəziyyəti kritikdir

Tramp şübhəlini “heyvan” adlandıraraq sərt reaksiya verib…

Poliqon xəbər verir ki, Vaşinqtonda Ağ Evə yaxın ərazidə baş verən silahlı insidentdə yaralanan iki ABŞ Milli Qvardiya əməkdaşının vəziyyəti kritik olaraq qalır. ABŞ Prezidenti Donald Tramp atışmada şübhəli bilinən şəxsi sərt ifadələrlə tənqid edərək onu “heyvan” adlandırıb və ağır cəza alacağını bildirib.

“Bu iki qvardiyaçını vuran heyvan ağır yaralanıb, amma buna baxmayaraq çox yüksək qiymət ödəyəcək. Tanrı Milli Qvardiyamızı, hərbçilərimizi və hüquq-mühafizə orqanlarını qorusun”, deyə prezidentin bəyanatında deyilir.

AP agentliyinin mənbələri bildirir ki, şübhəli şəxs də atışma zamanı güllə yarası alıb. Hazırda xəstəxanada müalicə olunan şəxsin yaralarının həyat üçün təhlükəli olmadığı qeyd olunur. Hadisənin səbəbləri və insidentin necə baş verdiyi isə hələ tam aydınlaşdırılmayıb.

Atışma Vaşinqtonun mərkəzində, 17-ci və 1-ci küçələrin kəsişməsində baş verib. Şəhər polisi və ABŞ Gizli Xidməti (Secret Service) ərazidə genişmiqyaslı araşdırma aparır. Hadisə yerində təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, Donald Tramp avqust ayında Vaşinqtonda fövqəladə vəziyyət elan etdikdən sonra paytaxtın küçələrində müxtəlif ştatlardan gətirilən yüzlərlə Milli Qvardiya hərbçisi patrul xidmətinə cəlb olunub. Bu çərçivədə şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Poliqon.info

Seçilən
42
10
poliqon.info

10Mənbələr