AZ

“Kurort Naftalan”da şərait yaxşılaşdırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması vəmənalı istirahəti üçün ardıcıl və sistemli tədbirlər davametdirilir, müalicə-sağlamlıq mərkəzlərində şəraityaxşılaşdırılır.

Müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə tanınanNaftalan şəhərində yerləşən AHİK-in “Kurort Naftalan” sağlamlıqmərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib,müasir avadanlıqlarla təchiz edilib.

AHİK-in və dövlət qurumlarının nümayəndələri, Milli Məclisindeputatları sağlamlıq mərkəzində görülən işlərlə tanış olublar.Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri ƏhlimanƏmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədr müavini ElşadMusayev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, əmək vəəhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, yerliicra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirakediblər.

Tədbir iştirakçılarına məlumat verilib ki, mərkəzin yataqkorpusu müasir tələblərə uyğun yenidən qurulub, otaqlar yeniavadanlıqlarla təchiz edilib. Korpusda ümumilikdə 50 çarpayıdanibarət 26 otaq vardır. Bundan əlavə, burada həkim, masaj və vannaotaqları, fizioterapiya kabinetləri və yeməkxana müalicə alanlarınxidmətindədir.

Sağlamlıq mərkəzinin müalicə korpusunda da şəraityaxşılaşdırılıb və müasir tibbi avadanlıqlarla təmin edilib.Korpusda müayinə, masaj, fizioterapiya, parafin terapiyası vəkarbon terapiyası otaqları, inqalyasiya bölməsi, idman zalı vəmüxtəlif profilli tibbi kabinetlər fəaliyyət göstərir.

Ərazidə infrastrukturun yenilənməsi işləri də aparılıb, daxiliyollara yeni asfalt örtüyü salınıb. Sağlamlıq mərkəzi Wi-Fiinternet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təminedilib. Mərkəzin ərazisində ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, “Kurort Naftalan”ın müalicə bazası dayaq-hərəkətsistemi və dermatoloji xəstəliklərin müalicəsi üçün müasir - 4-cünəsil tibbi avadanlıqlarla təmin olunmuş fizioterapiyaxidmətlərini, həmçinin müalicəvi naftalan nefti əsasında həyatakeçirilən vanna prosedurlarını əhatə edir. Mərkəzin xidmətlərinənaftalan vannaları, kombinə edilmiş naftalan müalicə prosedurları,manual terapiya, parafin terapiyası, su-fizioterapiya(hidroterapiya), inqalyasiya və digər müalicə prosedurlarıdaxildir.

Tədbir iştirakçıları sağlamlıq mərkəzində yaradılan şəraiti,müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.

“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
“Kurort
Seçilən
23
9
az.trend.az

10Mənbələr