AZ

Azərbaycanda qeyri-həyat sığortası bazarı 9%-ə yaxın böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyatsığortası növlərinin hesabına 545,3 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 43,5 milyon manat və ya 8,7%çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlərisə 10 milyon manat və yaxud 4,6% artaraq 225,7 milyon manataçatıb.

Beləliklə, 10 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər100 manat sığorta haqqının 41,4 manatı müştərilərə geriödənilib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandasığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqıyığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyonmanat və ya 12,9% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3milyon manat və ya 24,1% artım deməkdir.

Seçilən
9
3
az.trend.az

6Mənbələr