AZ

Azərbaycanda könüllü sığorta bazarı 15%-dən çox böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığortanövlərinin hesabına 954,6 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 125,5 milyon manat və ya 15,1%çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə141,5 milyon manat və yaxud 27,7% artaraq 651,8 milyon manataçatıb.

Beləliklə, 10 ayda könüllü sığorta bazarında toplanmış hər 100manat sığorta haqqının 68,3 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandasığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqıyığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyonmanat və ya 12,9% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3milyon manat və ya 24,1% artım deməkdir.

Seçilən
10
4
az.trend.az

6Mənbələr