AZ

Lukaşenko: ABŞ ın sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ukrayna ABŞ-ın təklif etdiyi sülh müqaviləsinə gedəcək”.

APA “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin sammitində bildirib.

“Bir daha vurğulayıram: biz sizin (Rusiyanın) Ukrayna ilə sülh müqaviləsi imzalamaq səylərinizi dəstəkləyirik. Dünən dedim ki, əgər amerikalılar özlərini diplomat və həqiqi hüquqşünas kimi aparsalar, bu müqavilə razılaşdırılacaq. Çünki əsas məqamlar artıq razılaşdırılıb.

İndi, necə deyərlər, top Ukrayna tərəfdədir. Düşünürəm ki, cəbhədə baş verən hadisələrlə əlaqədar Ukrayna bu sülh müqaviləsinə gedəcək. Əks təqdirdə, ölkəni tamamilə itirəcəklər”, - Lukaşenko qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
7
apa.az

8Mənbələr