“Ukrayna ABŞ-nin təklif etdiyi sülh müqaviləsinə gedəcək”.
7Times.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin sammitində bildirib.
“Bir daha vurğulayıram: biz sizin (Rusiyanın) Ukrayna ilə sülh müqaviləsi imzalamaq səylərinizi dəstəkləyirik. Dünən dedim ki, əgər amerikalılar özlərini diplomat və həqiqi hüquqşünas kimi aparsalar, bu müqavilə razılaşdırılacaq. Çünki əsas məqamlar artıq razılaşdırılıb.
İndi, necə deyərlər, top Ukrayna tərəfdədir. Düşünürəm ki, cəbhədə baş verən hadisələrlə əlaqədar Ukrayna bu sülh müqaviləsinə gedəcək. Əks təqdirdə, ölkəni tamamilə itirəcəklər”, – Lukaşenko qeyd edib.
APA