AZ

İranda bir gündə 20-yə yaxın məhbus edam edilib 

İranda cəmi bir gün ərzində biri qadın olmaqla 15 məhbus dar ağacından asılıb. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, İranda İnsan Haqları Təşkilatı – “Hengaw” xəbər verib.

Məlumata görə, məhbuslar qətldə və narkotik qaçaqmalçılığında günahlandırılıblar.

Edamlar ölkənin bir neçə şəhərində — İsfariyan, Şiraz, İsfahan, Məşhəd, Bocnurd, Kərəc, Xürrəmabad, Zəncan, Qorqan, Rəşt, Qəzvin və Bircənd həbsxanalarında icra edilib.

Bu, son aylarda ölkədə edamların sayında kəskin artımın davam etdiyini göstərir.

Seçilən
16
3
veteninfo.az

10Mənbələr