İranda noyabrın 26-da biri qadın olmaqla 15 məhbus dar ağacından asılıb.
Bu barədə məlumatı İranda İnsan Hüquq Müdafiə Təşkilatı "Hengaw" yayıb.
Bildirilib ki, məhbuslar qətl və narkotik maddə qaçaqmalçılığında təqsirləndiriliblər.
Məlumata görə, edamlar İranın İsfarayen, Şiraz, İsfahan, Məşhəd, Bocnurd, Kərəc, Xürrəmabad, Zəncan, Qorqan, Rəşt, Qəzvin və Bircənd həbsxanalarında icra olunub.
İnformasiyaya əsasən, bu ilin noyabrında İslam Respublikasında də azı 286 nəfər dar ağacından asılıb.