Rusiya 30 dekabr 2025-ci il tarixindən etibarən İrkutskdakı Polşa Baş Konsulluğunu bağlamaq qərarına gəlib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rəsmi Moskva bu addımı Varşavanın Qdanskdakı Rusiya Baş konsulluğunu bağlamaq qərarına qarşı cavab olaraq atıb.
Nazirlik bildirib ki, Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiyanın İrkutskdakı Polşa Baş Konsulluğunu bağlamaq qərarı ilə bağlı nota təqdim edilib.