AZ

Latviya Belarusla gücləndirilmiş sərhəd nəzarətinin müddətini uzadacaq

Ayna saytına istinadən ain.az xəbər verir.

Gücləndirilmiş sərhəd nəzarəti daha altı ay - 30 iyun 2026-cı ilə qədər uzadılacaq

Latviya hökuməti Latviya-Belarus sərhədində gücləndirilmiş sərhəd nəzarətini daha altı ay -  30 iyun 2026-cı ilə qədər uzadacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Delfi” portalı qərar layihəsinə istinadən məlumat yayıb.

Belarusla gücləndirilmiş sərhəd nəzarəti tədbirləri 31 dekabra qədər qüvvədədir. Baltikyanı respublikanın Daxili İşlər Nazirliyi iddia edir ki, "qanunsuz immiqrasiya təzyiqi sabit və yüksək olaraq qalır".

Nazirliyin məlumatına görə, 2025-ci ildə Latviya sərhədçiləri sərhədi qanunsuz keçmək üçün 11.800-dən çox cəhdin qarşısını alıblar.

2023-cü ilin avqust ayında Latviya Nazirlər Kabineti Latviya-Belarus sərhədində gücləndirilmiş sərhəd təhlükəsizliyi tətbiq etmək qərarına gəlib. Baltikyanı respublikanın hakimiyyəti Belarus tərəfini "AB-yə miqrasiya təzyiqi yaratmaqda" ittiham edir, Minsk isə Riqanın iddialarını əsassız adlandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
19
ayna.az

10Mənbələr