AZ

Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb

Finlandiya 6500 əsgər və 900-dən çox texnikanın iştirak etdiyi hərbi təlimlərə başlayıb. Təlimlər 27 noyabr – 4 dekabr tarixlərində Rusiya ilə həmsərhəd olan Şərqi Uusimaa, Kymenlaakso və Pyayat-Xyame ərazilərində keçiriləcək.

Finlandiya Müdafiə Qüvvələrinin məlumatına görə, “Canlı Gözətçi 25” təlimində 4000 çağırışçı iştirak edəcək. Təlimlərin məqsədi qoşunların döyüş hazırlığını artırmaqdır. Mətbuat xidməti təlimlərin əsas diqqətinin ordunun hücumları dəf etmək qabiliyyətinə yönəldiləcəyini bildirib.

Qeyd edək ki, 24 noyabrdan Baltik dənizində Finlandiya Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi NATO-nun “Donan Küləklər 25” təlimləri keçirilir. Təlimlər 4 dekabra qədər Arxipelaq dənizində (Baltik dənizinin bir hissəsi) və Finlandiya körfəzində davam edəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
74
12
editor.az

10Mənbələr