Rusiya Ukraynadakı münaqişə bitəndən sonra belə Şimali Atlantika Alyansı üçün təhdid olaraq qalacaq.
Publika.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen bəyan edib. Onun sözləri Finlandiyanın NATO-dakı Daimi Nümayəndəliyi tərəfindən dərc olunub.
"Ukraynada müharibə bitsə belə, Rusiya NATO üçün təhlükə olaraq qalacaq. Ona görə də biz NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirməyə davam etməliyik", - nazir bildirib.
Valtonen əlavə edib ki, Finlandiya alyansın çəkindirmə və müdafiə qüvvələrinin gücləndirilməsinə töhfə verəcək.