ABŞ-da bir buzqıran gəminin tikintisi Finlandiyadan 11 belə gəminin alınmasına çəkilən xərcə başa gəlir.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib: "Biz Finlandiyadan 11 buzqıran gəmi sifariş etdik. Biz birini tikəcəkdik, amma bu bir gəmi bizə demək olar ki, 11 buzqıran gəmi qədər başa gələcəkdi. Və bu 11-in hər biri ondan daha yaxşıdır. Yaxşı bir sövdələşmə kimi görünmürdü".
Tramp etiraf edib ki, ABŞ buzqıran gəmilərin sayına görə Rusiyadan xeyli geridə qalır: "Bizim bir dənə də buzqıran gəmimiz yox idi, indi bir dənəmiz var. Rusiyanın 48-i var, bizdə isə bir dənə. Bu, sadəcə gülüncdür".
Oktyabrın əvvəlində ABŞ prezidenti finlandiyalı həmkarı Aleksandr Stubbla görüşdə Vaşinqtonun Finlandiyadan 11 buzqıran gəmi alacağını elan edib.
Stubb ölkəsinin Trampın prezidentlik müddətinin 2029-cu ildə bitməsinə qədər ABŞ-a bir neçə buzqıran gəmi tədarük edəcəyini açıqlayıb.
Musavat.com