AZ

Hər gün 20-25 min bağlama gömrük nəzarətindən keçir

Gün ərzində orta hesabla 20-25 min bağlama gömrük nəzarətindən keçirilir.

"Unikal" xəbər verir ki, bunu Hava Nəqliyyatı Baş Gömrük idarəsinin Logistika Mərkəzinin Gömrük Postunun rəisi Rövşən Mahmudzadə deyib.

Onun sözlərinə görə, bu ildən Risk Analiz Sistemi (ARAS) vasitəsilə poçt bağlamalarına gömrük nəzarəti həyata keçirilir: "Gömrük yoxlamaları risk əsaslı sistem vasitəsilə təşkil olunur. Daşıyıcı şirkətlər tərəfindən həmin bağlamalar gömrük yoxlamasına təqdim olunur. Yoxlamalar zamanı aşkarlanan qanunsuz faktlara əsasən səhv bəyan etmələr daxildir. Söhbət vətəndaşlar tərəfindən gömrük dəyərinin səhv bəyan edilməsindən gedir. Buraya həmçinin malların saylarının düzgün göstərilməməsi daxildir. Gün ərzində orta hesabla 20-25 min bağlama gömrük nəzarətindən keçirilir və buraxılışı təmin olunur".

O qeyd edib ki, ARAS-ın istifadəyə verilməsindən sonra cari ildə 300 min manatdan çox əlavə gömrük ödənişləri dövlət büdcəsinə daxil olub: "Ay ərzində bağlamalarla bağlı yarım milyon manatdan çox gömrük ödənişi büdcəyə daxil olur".

Anar Kəlbiyev

Seçilən
66
24
unikal.az

10Mənbələr