AZ

“Airbus” dünya üzrə 6 min hava gəmisini geri çağırır

Bakı. Trend:

“Airbus” şirkəti A320 sinfinə daxil olan təyyarələrdə aşkarlananproqram təminatı qüsuru ilə əlaqədar dünya üzrə 6 min hava gəmisinigeri çağırır.

Trend“Spiegel” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislər güclüGünəş radiasiyasının uçuş idarəetməsi üçün vacib olan məlumatlarızədələyə və bununla da təyyarənin stabil idarə olunmasına təsirgöstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

“Airbus” bəyan edib ki, proqram təminatının yenilənməsi növbətiuçuşa qədər tamamlanmalıdır və bu proses bir sıra reyslərin ləğvinəvə gecikmələrə səbəb ola bilər.

Vəziyyətlə əlaqədar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyininyaxın günlərdə təcili uçuşyararlılıq direktivi yayacağı gözlənilir.“Reuters”in məlumatına görə, təyyarələrin bir hissəsində yalnızəvvəlki proqram versiyasına geri dönüş tələb olunsa da, yüzlərlə“A320”də avadanlığın tam dəyişdirilməsi mümkündür ki, bu dauçuşların bir neçə həftəlik dayanmasına gətirib çıxara bilər.

Qərara səbəb olan hadisə oktyabrda baş verib. “JetBlue”aviaşirkətinə məxsus təyyarə uçuş idarəetməsində yaranan nasazlıqvə qəfil hündürlük itkisi səbəbindən ABŞ-ın Tampa şəhərində təcilieniş etməli olub. Hadisə zamanı bir neçə sərnişin xəstəxanayayerləşdirilib. “Airbus” baş verənlərlə bağlı təəssüfünü ifadəedərək təhlükəsizliyin tam təmin edilməsinin şirkətin əsasprioriteti olduğunu bəyan edib.

Seçilən
32
2
az.trend.az

10Mənbələr