Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
“Lakin biz artıq kosmosda üstünlük təşkil edirik”
“ABŞ sahibi olduğu buzqıran gəmilərin sayına görə Rusiyadan xeyli geri qalır. Lakin ölkəmiz kosmosda Rusiya və Çini qabaqlayır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Yalnız bir buzqıran gəmimiz var. Rusiyada 48, bizdə bir. Bu, gülüncdür", - Tramp bildirib.
Tramp qeyd edib ki, hazırda ABŞ Finlandiya və digər şirkətlərlə birlikdə 11 buzqıran gəmi inşa edir.
ABŞ lideri etiraf edib ki, ABŞ əvvəllər kosmosda Çin və Rusiyadan geri qalırdı, lakin indi Kosmik Qüvvələrin qurulması ilə o “hakimiyyətdədir”.
"Biz Çin və Rusiyaya uduzurduq. O vaxt kosmik qüvvələrimiz yox idi, ona görə də inanılmaz insan qüvvələri yaratdıq. Onlar bir araya gəldilər və həqiqətən xüsusi bir şey yaratdılar", - Tramp əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.