İtaguaí Construções Navais (ICN) gəmiqayırma zavodunda ikiqat mərasim keçirilib. Mərasimdə “Admiral Karam” dizel-elektrik sualtı qayığı suya salınıb və “Tonelero” sualtı qayığı istifadəyə verilib.
Herbiand.az bildirir ki, bunlar “Scorpen” (Fransa) dizaynı əsasında modifikasiya edilərək Braziliya Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş “Riachuelo” sinifli 3-cü və 4-cü sualtı qayıqlardır.
Yeni sualtı qayıqların uzunluğu 70,6 metr, eni 6 metrdir. Suya enmə dərinliyi 300 metrdir. Heyət 35 nəfərdən ibarətdir. Sualtı qayıq nəzərdə tutulan tapşırıqları ilin 240 günü yerinə yetirmək üçün nəzərdə tutulub.
Hər bir sualtı qayıq altı 533 mm-lik torpedo borusu ilə təchiz olunub. Sursat ehtiyatı 18 torpeda və gəmi əleyhinə raketlərdən ibarətdir.
Braziliya Hərbi Dəniz Qüvvələri üçün üç belə sualtı qayıq sifariş edilib.
Bəxtiyar CƏFƏRLİ