Britaniya Hərbi Dəniz Qüvvələri La-Manç boğazında Rusiyanın "Krasnodar" sualtı qayığına qarşı müşayiət əməliyyatı keçirib.
Publika.az xəbər verir ki, London NATO müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində sualtı qayığı üç gün ərzində izləyib.
Kral Dəniz Qüvvələrinin məlumatına görə, əməliyyat Britaniya sahillərində vəziyyətin davamlı monitorinqinin bir hissəsi olub. Əməliyyatda “Merlin” helikopterini daşıyan donanma dəstək tankeri “RFA Tidesurge” iştirak edib.
İzləmə, sualtı qayıq Şimal dənizindən çıxıb Dover boğazından keçərək La-Manşa doğru irəliləyərkən başlayıb. “The Sun” xəbər verir ki, "Krasnodar" gəmisi əlverişsiz hava şəraitinə baxmayaraq, kanalın dar hissəsindən keçirmiş.
Britaniya gəmiləri sualtı qayığı və onunla birlikdə gedən "Altay" yedək gəmisini Fransanın şimal-qərb sahillərinə qədər müşayiət edib. Daha sonra vəziyyətə nəzarət NATO müttəfiqinə keçib.