AZ

Ermənistan və Türkiyə nümayəndələri sərhəddə Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə edib - Yenilənib 

Türkiyə–Ermənistan normallaşma prosesi çərçivəsində hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri arasında görüş keçirilib..

APA-nın Türkiyə bürosu XİN-ə istinadən verir ki, nümayəndə heyətləri Akyaka–Akhurik sərhəd məntəqəsində və Ermənistanın Gümrü şəhərində bir araya gəlib.

Görüşdə Qars–Gümrü dəmir yolu xəttinin bərpası və yenidən işlək vəziyyətə gətirilməsi məqsədilə aparılan texniki işlərin ikinci raund müzakirələri həyata keçirilib.

***

Bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasında Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, görüş Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşləri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində baş tutub.

Tərəflər Qars-Gümrü dəmir yolunun bərpa edilməsinə yönəlmiş texniki müzakirələrin ikinci raundunu keçiriblər.

Poliqon.info

Seçilən
23
13
poliqon.info

10Mənbələr