
Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər.
Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasındakı Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.
Onlar Gümrü-Qars dəmir yolunun bərpasına yönəlmiş texniki müzakirələrin ikinci raundunu keçiriblər.