İsrailin baş naziri Benyamin Netanyahu prezident İshaq Hersoqa rəsmi şəkildə əfv müraciəti təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidentinin ofisinə istinadən The Times of Israel məlumat yayıb.
Herzoq administrasiyasının nümayəndələrinin sözlərinə görə, Ədliyyə Nazirliyinin əfv şöbəsi nazirliyin bütün aidiyyəti qurumlarının rəylərini toplayacaq və sonra tövsiyələri hüquqi müşavirlərə təqdim edəcək.
İsrail prezidenti məhkəmə qərarı ilə məhkum olunmuş şəxsləri əfv edə bilər və çox nadir hallarda – məhkəmə prosesi başa çatmamışdan əvvəl də əfv qərarı verə bilər. Lakin burda bir şərt var ki, qərar yalnız ictimai marağa uyğun olduğu halda verilir.