Bakı. Trend:
Çin "Changzheng-7A" ("Böyük Yürüş-7A") daşıyıcı raketi bazargünü "Shi jian-28" eksperimental peykini uğurla orbitə çıxarıb.
Trend xəbər verirki, raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundanPekin vaxtı ilə 20:20-də (Bakı vaxtı ilə 16:20) həyata keçirilib.Peyk daşıyıcıdan ayrıldıqdan sonra uğurla nəzərdə tutulan orbitəyerləşib.
Eksperimental peyk əsasən kosmik mühitin tədqiqi, müxtəlifeksperimentlərin aparılması və texnologiyaların sınaqdankeçirilməsi məqsədilə istifadə olunacaq.