AZ

Çin raketi "Shi jian-28" eksperimental peykini orbitə çıxarıb

Ajans.az bu barədə "China Daily"ə istinadən xəbər verir. Bildirilib ki, raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan Pekin vaxtı ilə 20:20-də (Bakı vaxtı ilə 16:20-də) həyata keçirilib. Peyk daşıyıcıdan ayrıldıqdan sonra uğurla nəzərdə tutulan orbitə çıxıb.

Qeyd edək ki, cihaz əsasən, kosmik mühitin tədqiqi, eksperimentlərin aparılması və müxtəlif texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

Seçilən
79
7
Ajans.az

8Mənbələr