AZ

Osimhen derbidə oynamaq üçün israrlıdır

Türkiyənin Super Liqa təmsilçisi “Qalatasaray”ın hücumçusu Viktor Osimhen sabah keçiriləcək “Fənərbağça” derbisində meydana çıxmaq niyyətindədir.

İdman.Biz xəbər verir ki, Nigeriya yığmasında zədələnən Osimhen həm ölkə çempionatında “Gənclərbirliyi”, həm də Çempionlar Liqasında “Union SG” matçlarını buraxmışdı.

“Sabah” qəzetinin məlumatına görə, Osimhen əvvəlcə komanda yoldaşları ilə söhbətlərində derbidə forma geyinmək istədiyini və lazım gələrsə risk alacağını bildirib.

Nigeriyalı hücumçu sözlərini belə ifadə edib:

“Derbinin əhəmiyyətini və azarkeşlər üçün nə demək olduğunu yaxşı bilirəm. Bu həyəcanı ötən mövsüm də yaşamışdım. Klub mənə bu cür böyük matçlar üçün yatırım edib. Lazım olsa riskə gedəcəm və meydana çıxıb yüz faizimi verəcəyəm”.

Məlumata görə, Osimhen bu istəyini baş məşqçi Okan Burukla keçirəcəyi görüşdə də təkrarlayacaq.

Derbi öncəsi onun durumu “Qalatasaray”da ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.

İdman.Biz

Seçilən
45
1
idman.biz

2Mənbələr