AZ

Rusiya Dnepropetrovska dron zərbəsi endirib, 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Dekabrın 3-nə keçən gecə Rusiya ordusu Dnepropetrovsk vilayətinin Pavlohrad rayonuna aid Ternovka qəsəbəsinə dron zərbəsi endirib, nəticədə iki nəfər həlak olub, üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vladislav Hayvanenko məlumat verib.

“43 və 50 yaşlı iki kişi həlak olub. Daha üç nəfər xəsarət alıb, hamısı xəstəxanaya yerləşdirilib”, – o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
5
apa.az

6Mənbələr