Dekabrın 3-nə keçən gecə Rusiya ordusu Dnepropetrovsk vilayətinin Pavlohrad rayonuna aid Ternovka qəsəbəsinə dron zərbəsi endirib, nəticədə iki nəfər həlak olub, üç nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vladislav Hayvanenko məlumat verib.
“43 və 50 yaşlı iki kişi həlak olub. Daha üç nəfər xəsarət alıb, hamısı xəstəxanaya yerləşdirilib”, – o bildirib.