AZ

Ərdoğan Makronla Cənubi Qafqazı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, Ukrayna-Rusiya müharibəsi, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu və bu məqsədə doğru addımlar atmağa davam edəcəklərini bildirib.

Türkiyə lideri Ankaranın Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və davamlı sülhlə bitirmək üçün maksimum səy göstərdiyini bəyan edib.

Qeyd olunub ki, bundan əlavə Ərdoğan və Makron Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyəti də müzakirə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
97
50
missiya.az

10Mənbələr