AZ

Kürdəmirdə “Azərişıq”a məxsus avtomobil qəza törətdi – Xəsarət alan var – FOTOLAR / VİDEO

Kürdəmirdə “Azərişıq”a məxsus avtomobil qəza törədib. 

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, “Azərişıq” ASC-yə məxsus avtomobil onun qarşısında dönmə əməliyyatını edən VAZ-2107 markalı avtomobilə çırpılıb.

Nəticədə VAZ-da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.Hazırda faktla bağlı araşdırma aparılır.

Seçilən
72
3
nocomment.az

4Mənbələr