AZ

Kürdəmirdə “Azərişıq”a məxsus avtomobil qəza törətdi – Xəsarət alan var – FOTOLAR

Kürdəmirdə “Azərişıq”a məxsus avtomobil qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb. Belə ki, “Azərişıq” ASC-yə məxsus avtomobil onun qarşısında dönmə əməliyyatını edən VAZ-2107 markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: NOCOMMENT.az

Seçilən
50
3
avtosfer.az

4Mənbələr