Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“İnter” doğma meydanda “Venesiya”nı, “Atalanta” isə “Cenoa”nı böyük hesabla məğlub edərək 1/4 finala yüksəliblər. “Napoli” isə “Kalyari” ilə ev oyununda ciddi müqavimətlə üzləşib. Neapol klubu yalnız penaltilər seriyasında istəyinə çata bilib.
İtaliya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 4-də keçiriləcək. İki oyun isə 2026-cı ilin yanvar ayında təşkil ediləcək.
İtaliya Kuboku
1/8 final
2 dekabr
Yuventus – Udineze 2:0
Qollar: David, 23. Lokatelli, 68-pen.
3 dekabr
Atalanta – Cenoa 4:0
Qollar: Djimsiti, 19. De Ron, 54. Paşaliç, 82. Ahanor, 90+1.
Napoli – Kalyari 1:1 (penaltilər 9:8)
Qollar: Lukka, 28 – S.Espozito, 67.
İnter – Venesiya 5:1
Qollar: Diuf, 18. F.Espozito, 20. Türam, 34; 51. Bonni, 75 – Saqrado, 66.
4 dekabr
21:00. Bolonya – Parma
00:00. Latsio – Milan
13 yanvar
00:00. Roma – Torino
27 yanvar
00:00. Fiorentina – Komo
