Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Son çempion “Liverpul” “Sanderlend”lə ev oyununda növbəti xal itkisi ilə üzləşib. “Çelsi” səfərdə “Lids”ə uduzub. Lider “Arsenal” isə bu dəfə “Brentford” üzərində inamlı qələbəyə sevinib.
Günün digər oyunlarında “Brayton” evdə “Aston Villa”ya, “Börnli” “Kristal Pelas”a, “Vulverhempton” isə “Nottingem Forest”ə məğlub olub.
14-cü tura dekabrın 4-də keçiriləcək “Mançester Yunayted” – “Vest Hem” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
14-cü tur
2 dekabr
Bornmut – Everton 0:1
Qol: Qriliş, 78.
Fulhem – Mançester Siti 4:5
Qollar: Smit Rou, 45+2. İvobi, 57. Çukvueze, 72; 78 – Haland, 17. Reynders, 37. Foden, 44; 48. Berge, 54-öz qapısına.
Nyukasl – Tottenhem 2:2
Qollar: B.Gimarayns, 71. Qordon, 86-pen – K.Romero, 78; 90+5.
3 dekabr
Arsenal – Brentford 2:0
Qollar: Merino, 11. Saka, 90+1.
Brayton – Aston Villa 3:4
Qollar: Van Hekke, 9; 83. P.Torres, 29-öz qapısına – O.Uotkins, 37; 45+7. Onana, 60. Malen, 78.
Börnli – Kristal Pelas 0:1
Qol: Munyoz, 44.
Vulverhempton – Nottingem Forest 0:1
Qol: İ.Jezus, 72.
Lids – Çelsi 3:1
Qollar: Biyol, 6. Tanaka, 43. Levin, 72 – Neto, 50.
Liverpul – Sanderlend 1:1
Qollar: Mukiele, 81-öz qapısına – Talbi, 67.
4 dekabr
00:00. Mançester Yunayted – Vest Hem
