Şəmkirdə mikroavtobus su kanalına aşıb.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
Bildirilir ki, mikroavtobus Yevlaxdan Şəmkirə istixanalardan birində işləyən fəhlələri daşıyırmış.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az