Şəmkirdə mikroavtobus su kanalına aşıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
Bildirilir ki, mikroavtobus Yevlaxdan Şəmkirə istixanalardan birində işləyən fəhlələri daşıyırmış.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"