ain.az, Bizim media saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Keçili kəndi ərazisində hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Bizim.Media xəbər verir ki, xəsarət alanların adları açıqlanıb:Aygün Rövşən qızı Musayeva (1984), Aygül Həsən qızı Hüseynova (1958), Laləzar Göygöz qızı Hüseynova (1965), Afət Eyyub qızı Məmmədova (1962), Natella Müzəffər qızı Məmmədova (1966), Məlahət Cəfər qızı Cəfərova ( 1965), Elman Rasim oğlu Səlimov (1994), Nuriyyə Köçəri qızı Musayeva (1986), Bəsti Köçəri qızı Musayeva (1956), Gülnar Ramiz qızı Əhmədova (1987), Mahirə Bayram qızı Babayeva (1970).Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib. (Report.az)Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.