İstixanada işləyən fəhlələri Yevlaxdan Şəmkirə aparan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.
Aznews.az xəbər verir ki, mikroavtobusun aşması nəticəsində 12 nəfər xəsarət alıb.
Hadisə rayonun Keçili kəndi ərazisində baş verib.
"Mercedes" markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd olunur ki, Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.
By barədə TƏBİB-dən bildirilib.