AZ

AFFA hakimi vuran futbolçunu 14 oyunluq cəzalandırdı

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

AFFA hakimi vuran futbolçunu 14 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsinin bugünkü iclasında  Region Liqasında baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

QOL.az xəbər verir ki, "İmişli Bələdiyyəspor"un futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəzalandırılıb.

O, Region Liqasında "Ağsu Siti" ilə keçirilən oyunun 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələdiyi, sonra isə ayaqla zərbə endirdiyi, bu səbəbdən də oyunun yarımçıq dayandırıldığı üçün bu cəzanı alıb.

Baş verənlərə görə "İmişli Bələdiyyəspor" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
4
qol.az

8Mənbələr