AFFA İntizam Komitəsinin bugünkü iclasında Region Liqasında baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.
"Football-plus.az" xəbər verir ki, "İmişli Bələdiyyəspor"un futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəzalandırılıb.
O, Region Liqasında "Ağsu Siti" ilə keçirilən oyunun 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələdiyi, sonra isə ayaqla zərbə endirdiyi, bu səbəbdən də oyunun yarımçıq dayandırıldığı üçün bu cəzanı alıb.
Baş verənlərə görə "İmişli Bələdiyyəspor"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta