AZ

Rusiya XİN Ermənistanı dövlət başçılarının yazışmalarını yaydığına görə ittiham edib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı dövlət başçılarının yazışmalarını onların razılığı olmadan yayaraq etik standartlara məhəl qoymamaqda ittiham edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya XİN Zaxarova bu gün keçirdiyi brifinqdə rəsmi İrəvanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı eks-prezident Serj Sarqsyanın Rusiya prezidenti Vladimir Putinlə yazışması barədə suala cavab verib.

Onun sözlərinə görə, İrəvan ATƏT-in Minsk Qrupu həmsədrlərinin iş materiallarını və dövlət başçılarının yazışmalarını onların razılığı olmadan açıqlayaraq etik standartlara məhəl qoymayıb.

Seçilən
48
5
apa.az

6Mənbələr