Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı dövlət başçılarının yazışmalarını onların razılığı olmadan yayaraq etik standartlara məhəl qoymamaqda ittiham edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə rəsmi İrəvanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı eks-prezident Serj Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubla bağlı məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, İrəvan ATƏT-in Minsk qrupu həmsədrlərinin iş materiallarını və dövlət başçılarının yazışmalarını onların razılığı olmadan açıqlayaraq etik standartlara məhəl qoymayıb.