Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Qəbələ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şəfa"nı 2:1 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Futbolçularıma təşəkkür edirəm. Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. "Araz-Naxçıvan"la çətin oyundan sonra komandada yorğunluq var. İlk dəqqiqələrin çətin olacağını bilirdik. "Şəfa" çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib, hesabı bərabərləşdirdi. Sanki bəzi futbolçularımız I Liqa klubuna qarşı oynamağa hazır deyildi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikdəyik. Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Bu qələbələr bizə inam verəcək. Qış fasiləsinə qədər 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq".
- Son dəqiqələrdə "Şəfa" hücumda oynayırdı. Rəqib sizi müdafiəyə çəkilməyə məcbur edirdi, yoxsa komandada arxayınlıq var idi?
- Uduzan komanda istər-istəməz irəli atılır. Həmin anlarda biz topa yiyələnməli idik. Son dəqiqələrdə bizim də fürsətlərimiz oldu. Sadəcə bunlardan istifadə edə bilmədik. Fürsətləri dəyərləndirə bilməyəndə gərginlik yaranır. Heyətimiz gəncdir. Bunun olması normaldır. "Şəfa" Premyer Liqa səviyyəsində komandadır.
- Kubokda "Qəbələ"nin perspektivini necə görürsüz?
- Kifayət qədər optimist yanaşıram. Kubokda da sona qədər mübaarizə aparacağıq.
- Qışda heyəti gücləndirəcəksiz?
- Heyətin güclənməsinə 100 faiz ehtiyac var. Bunu hamımız bilirik. Bunun üzərində də işləyirik. Bununla belə bütün oyunlarda döyüşməliyik.
- Ardıcıl iki qələbə qazandınız. Bundan sonra rahat yatmaq olar?
- Mövsümün sonuna kimi yatmaq yoxdur. Kimdir məni yatmağa qoyan?
Azərbaycan Kuboku: “Difai” “Sumqayıt” səfərində - YENİLƏNİR
Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
"Araz-Naxçıvan" "Kəpəz"lə münasibətlərə aydınlıq gətirəcək - YENİLƏNİR
Günün oyunları bu kanallarda
"Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.