"Football-plus.az" xəbər verir ki, mütəxəssis bu qələbənin komandasına inam verəcəyini deyib:
"Futbolçularıma təşəkkür edirəm. Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. "Araz-Naxçıvan"la çətin oyundan sonra komandada yorğunluq var. İlk dəqqiqələrin çətin olacağını bilirdik. "Şəfa" çox yaxşı komandadı. Kompakt şəkildə müdafiə olunurlar. Qol vurduqdan sonra sakitləşdik. Rəqib bunda yararlanaraq hesabı bərabərləşdirdi. Sanki bəzi futbolçularımız 1-ci liqa klubuna qarşı oynamağa hazır deyildi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikdəyik. Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Bu qələbələr bizə inam verəcək. Qış fasiləsinə qədər 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq".
Mütəxəssis son dəqiqələrdə "Şəfa"nın hücumda oynamasını, "Qəbələ"nin isə müdafiəyə çəkilməsini şərh edib:
"Uduzan komanda istər-istəməz irəli atılır. Həmin anlarda biz topa yiyələnməli idik. Son dəqiqələrdə bizim də fürsətlərimiz oldu. Sadəcə bunlardan istifadə edə bilmədik. Fürsətləri dəyərləndirə bilməyəndə gərginlik yaranır. Heyətimiz gəncdi. Bunun olması normaldı. "Şəfa" premyer-liqa səviyyəsində komandadı".
O, komandasının ölkə kubokundakı perspektivindən də danışıb:
"Kifayət qədər optimist yanaşıram. Kubokda da sona qədər mübaarizə aparacağıq".
Sxadadze qış transfer pəncərəsi üçün planlarından da söz açıb:
"Heyətin güclənməsinə 100 faiz ehtiyac var. Bunu hamımız bilirik. Bunun üzərində də işləyirik. Bununla belə bütün oyunlarda döyüşməliyik".
Mütəxəssis sonda "Ardıcıl iki qələbə qazandınız. Bundan sonra rahat yatmaq olar" sualını cavablandırıb:
"Mövsümün sonuna kimi yatmaq yoxdu. Kimdi məni yatmağa qoyan?"