AZ

Şeyxülislam ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib (FOTO)

Bakı. Trend:

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri ŞeyxülislamAllahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti vətəsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətiniqəbul edib.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumatverilib.

Bildirilib ki, qonaqları salamlayan Şeyxülislam A. PaşazadəAzərbaycanda mövcud unikal multikultural həyat tərzi haqqında,Prezident İlham Əliyevin səy və təşəbbüsləri sayəsində Azərbaycandövlətinin beynəlxalq dinlərarası dialoq müstəvisində qabaqcılrolu, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin dünyamiqyasında dinlərarası əməkdaşlıq istiqamətində fəaliyyəti barədədanışıb.

Səmimi şəraitdə keçən görüşdə Azərbaycanda tarixən mövcud olantolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, ocümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq vəəmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb. Digər dinivə etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlətsəviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksəkqiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəaliştirakı qeyd edilib.

QMİ sədri bu yaxınlarda ABŞ-də səfərdə olarkən keçirdiyi yüksəksəviyyəli görüşlər, din xadimləri və ictimai liderlərləünsiyyətləri zamanı Azərbaycana münasibətdə müsbət tendensiyalarınartdığından məmnunluğunu ifadə etmişdir. Şeyxülislam A. PaşazadəABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Ağ EvdəErmənistan-Azərbaycan sülh protokolunun imzalanmasının tarixiəhəmiyyət kəsb etdiyini, ölkəmiz və bölgə üçün xeyirlərə vəsiləolacağını qeyd edib.

Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətinin Bakıda vəölkəmizin bölgələrində olarkən müxtəlif dinlərin nümayəndələrininharmoniyalı həyat tərzini müşahidə etmək imkanına malik olduqlarınıvurğulayaraq, Azərbaycandakı müxtəlif etniklər və dinlərin örnəkbirgəyaşayış həyat tərzindən nümunə götürməyin bütün dünyaölkələri, o cümlədən, ABŞ üçün faydasını xüsusi qeyd edib.

QMİ sədri yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıqmünasibətlərinə malik olduğu Vicdana çağırış Fondunun prezidentiRavvin Artur Şnayerin adını və Azərbaycana xoş münasibətini xüsusidəyərləndirərək, onunla ötən aylarda Nyu-Yorkda şəxsən görüşündənbəhs edib. Şeyxülislam A. Paşazadə Ravvin A.Şnayerin Azərbaycanxalqının Ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyükrəğbətlə yada salıb. Şeyxülislam A. Paşazadə Ravvin A. ŞnayerinAzərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonrahər zaman haqqı və ədaləti dəstəklədiyini vurğulayıb. Bildirib ki,Azərbaycanın dostu olan Artur Şnayerin oğlu Mark Şnayerin dəölkəmizin dostu olmasını yüksək qiymətləndirir.

A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarındahazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını,Böyük Qayıdışın həyata keçirildiyi haqda qonaqlara məlumatverib.

Dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhəxidmət olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə qeyd edib ki,iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitindəsülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdəerməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücüilə dağıdıcı təbliğat aparır.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Şeyxülislam A.Paşazadəyə qəbul üçün minnətdarlığını bildirib, Azərbaycandövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarasıdialoqun inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanınevsahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadibir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətinivurğulayıb.

Görüşün sonunda Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətininüzvlərini maraqlandıran sualları cavablandırıb.

Şeyxülislam
Şeyxülislam
Seçilən
19
4
az.trend.az

5Mənbələr