AZ

Zelenski Prezident aparatının yeni rəhbəri ilə bağlı qərarını açıqladı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski istefa vermiş Andrey Yermakın yerinə Prezident aparatının yeni rəhbərinin təyin edilməsi ilə bağlı qərarın tezliklə veriləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Teleqramda axşam videomüraciətində məlumat verib .

Zelenski bildirib ki, o, dekabrın 4-də bu vəzifəyə namizədlərlə əlavə görüşlər keçirib.

“Yeni ofis rəhbəri ilə bağlı qərar tezliklə veriləcək”, – deyə söz verib.

Qeyd edək ki, noyabrın 28-də Andrey Yermak Zelenskinin ofisinin rəhbəri vəzifəsindən istefa verib. Hadisədən bir neçə saat əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosunun müstəntiqləri onun evində axtarış aparıblar.

Bildirilir ki, Zelenski öz ofisinin rəhbəri postuna altı namizədi nəzərdən keçirir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
122
24
globalinfo.az

10Mənbələr