AZ

Zelenski bu gün gözlənilən qərarı açıqlayacaq

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dekabrın 5-də Ukrayna Prezidenti Volodimir Zelenski korrupsiya qalmaqalı fonunda istefa verən Andrey Yermakın yerinə yeni ofis rəhbərini elan edəcək.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı deputat Yaroslav Jeleznyak deyib.

“Yermakın istefasından düz bir həftə keçir. Bu müddət ərzində Ukrayna heç bir böyük problem olmadan ayaqda qala bilib”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 28-də Andrey Yermak Volodimir Zelenskinin ofisinin rəhbəri vəzifəsindən istefa verib. Ondan bir neçə saat əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosunun müstəntiqləri Yermakın evində axtarış aparıblar.

Ukrayna lideri ofisinin başına altı namizədi nəzərdən keçirir: Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov, müdafiə naziri Denis Şmıxal, baş nazirin birinci müavini Mixailo Fedorov ofis rəhbərinin müavini Pavlo Pavlosa və adı olmayan digər iki namizəd.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
24
globalinfo.az

10Mənbələr