ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məğlubedilməz amerikalı boksçu Terens Krouford WBC və onun prezidenti Maurisio Süleymana barədə sərt sözlər işlədib.
İdman.Biz bildirir ki, Krouford ikinci orta çəkidə çempion titulundan məhrum edilib.
“Açığını desəmk... mən heç vaxt Maurisio Süleyman və ya onun komandasındakı heç kimlə heç nəyi əlaqələndirməmişəm, mənim komandam da bunu etməyib. Bu cəfəngiyat barədə danışmaq istəmirəm. Mən həmişə sözümə əməl edirəm”, - deyə Krouford sosial mediada yazıb.
“Çiko Lopezin döyüşdən sonra kəməri mənə verməli olması dəlilikdir, çünki Süleyman bunu şəxsən etməkdən utanırdı. Amma düşünürəm ki, mən ona təşəkkür etməliyəm. Yaxşı, artıq kifayətdir”, - o , əlavə edib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.