Timatinin keçmiş sevgilisi, model Anastasiya Reşetova stilistlə birgə obraz üzərində işləməsi barədə yayılan söz-söhbətləri təkzib edib.
Publika.az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində yazıb.
“Stilist yoxdur. Mənim üzərimdə gördüyünüz və ya yaxın vaxtlarda görünəcək hər şey yalnız mənim improvizasiyamdır”, - deyə Reşetova bildirib.
Anastasiya Reşetova həmçinin "Instagram"da üzünü necə incəltdiyini açıqlayıb:
“Ümumi bədən kütləsindən və yeniyetməlik dövrünün şişkinliyindən azad oldum. Amma indi çəki artarsa, yanaqlar yenidən qayıdacaq. Hələlik bunun üçün potensial görünmür”,- deyə model yazıb.