AZ

Cinayətdə şübhəli bilinən 28 nəfər tutuldu

Dekabrın 4-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 297, o cümlədən borclu şəxs qismində axtarışda olan 258 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Seçilən
142
23
unikal.az

10Mənbələr