Türkiyənin 22 şəhərində hüquq-mühafizə orqanları İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, keçirilən əməliyyatda 92 şübhəli saxlanılıb.